Harri Keyni heyətində görmək istəyən komandaların sırasına daha bir dünya nəhəngi qoşulub."Barselona" "Tottenhem"in kapitanı ilə güclənmək niyyətindədir.
Unikal.org "The Times"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi bu məqsədlə londonlulara rəsmi təklif də göndərib. "Tottenhem" aparıcı futbolçusunu saxlamaqda maraqlı olsa da, titul qazanmaq istəyən Keyn komandanı tərk etməkdə israrlıdır.
Qeyd edək ki, 27 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 47 oyunda 32 qol vurub, 16 məhsuldar ötürmə verib.