Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Unikal.org xəbər verir ki, Naxçıvanda təşkil olunan yarışın qalibi adını Vasif Durarbəyli qazanıb.
29 yaşlı qrossmeyster finalda Nicat Abbasovu 4:2 hesabı ilə məğlub edib.
3-cü yeri isə Nicat Məmmədov tutub. O, bürünc medal uğrunda görüşdə Eltac Səfərlidən güclü olub.
Qeyd edək ki, Durarbəyli çempionluq sayəsində Dünya Kubokuna vəsiqə də qazanıb.