İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı qapıçısı məlum olub.
Unikal.org xəbər verir ki, bu, “Mançester Siti”nin futbolçusu Edersondur. Bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb. Ederson çempionatda bir mövsümdə ən çox “quru oyun” keçirən qapıçılara verilən “qızıl əlcək” mükafatını qazanıb.
Braziliyalı qapıçı Premyer Liqada bu mövsüm 35 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.