APOEL-in futbolçusu Qayas Zahidlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.
Unikal.org-un məlumatına görə, Kipr mətbuatı 27 yaşlı yarımmüdafiəçinin “Qarabağ”ın transfer gündəmində olduğunu yazıb.
Xəbərdə hətta Ağdam təmsilçisinin Norveç millisinin üzvünə illik 450 min avro maaş təklif etdiyi də vurğulanıb. Lakin Zahid Türkiyəyə yollanmaq variantına daha isti yanaşır. Çünki qardaş ölkənin adı açıqlanmayan bir klubundan 600 min avroluq məvacib təklifi alıb.
Qeyd edək ki, 2017-ci ildən APOEL-in formasını geyinən Qayas Zahidin Kipr klubu ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.