Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi olan "TURKOVAC" Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.
Oktay bildirib ki, "TURKOVAC" vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır.