Bu gün Nyu-Yorkda Türk Evinin açılışı olub.
Unikal.org xəbər verir ki, mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Qutyerreş də qatılıb.
Ərdoğan Türk Evini ölkənin artan gücünün və nüfuzunun rəmzi adlandırıb. O, həmçinin, yeni tikilinin Türkiyə xalqının sülhə olan inamını ifadə etdiyini bildirib.
Qutyerreş isə çıxışında Türkiyənin müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu bəyan edib. Təşkilat rəhbəri BMT-nin layihələrinə, xüsusən də qaçqınların yerləşdirilməsilə bağlı proqramlarda fəal iştirakına görə qardaş ölkəyə təşəkkür edib.
Qeyd edək ki, BMT-nin Baş qərargahı ilə üzbəüz olan binanın təməli dörd il öncə atılıb.