BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Braziliya prezidenti Jair Bolsonar restorana buraxılmayıb.

Unikal.org  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şəhərdə qüvvədə olan sanitariya qaydalarına uyğun olaraq, iaşə müəssisələri də daxil olmaqla qapalı yerləri ziyarət etmək üçün COVID-19 əleyhinə peyvənd sənədi tələb olunur. Vaksin edilməyən Braziliya lideri küçədə nahar etmək məcburiyyətində qalıb. Onu səhiyyə naziri Marselo Keyroqa, turizm naziri Jilson Maçado Neto və digər siyasətçilər müşayiət edib.

Bolsonaro, peyvənd edilməməsini immunitet sisteminin koronavirusa qarşı müqavimət göstərə biləcək qədər güclü olması ilə izah edib. Nümayəndələrin BMT Baş Assambleyası zalına girməsi üçün peyvənd sənədi tələb olunmur.