Ermənistan həbsxanalarında hakimiyyətə qarşı narazılıq artır. 

UnikaI.org xəbər verir ki, saxlanılanların çoxu müstəqilliyin 30-cu ildönümündə amnistiya gözləyirdi. Ənənəyə görə, dövlətin müstəqillik günü və xüsusən də yubiley illərində əfv olunurdu və bir çox məhkum bundan faydalanırdı. 

Bildirilib ki, onların əksəriyyəti Qarabağdakı müharibədən fərarilik edənlər, savaşdan sonra əksəriyyəti Nikol Paşinyana və indiki hakimiyyətə qarşı çıxan kütlədən ibarətdir. Sözügedən şəxslərin azadlığa çıxması heç də Paşinyan hökumətinin xeyrinə olmayacaqdı. Ona görə də heç bir əfv sərəncamı imzalanmayıb. 

Ağarza Elçinoğlu