Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.

Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.

Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.

**** 00:07

Rusiyada Ka-27 model hərbi helikopterlə əlaqə kəsilib.

Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi mənbələrinə istinadən yazıb.

Kamçatka ərazisində olan və göyərtəsində 4 nəfərin olduğu helikopterlə əlaqə qurmaq mümkün olmayıb.

Helikopterin təlim uçuşu həyata keçirdiyi qeyd olunur.