İtaliya hökuməti Kataloniyanın keçmiş rəhbəri Karlos Puçdemonu həbs edib.

Unikal.org xəbər verir ki, bu məlumatı onun vəkili Qonsalo Boye yayıb.

Məlumata görə, Puçdemon Sardiniya bölgəsində saxlanılıb.

Qeyd edək ki, Puçdemon 2017-ci ildən bu yana İspaniya tərəfindən axtarışdadır.