Ukraynanı “Avroviziya-2022” mahnı müsabiqəsində Alina Paş təmsil edəcək.

"Unikal" xəbər verir ki, bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yer alıb.
Sənətçi münsiflər heyəti və tamaşaçıların səsverməsinin nəticələrinə görə 15 xal toplayaraq seçimin finalında birinci yeri tutub. O, «Тiнi забутих предкiв» (“Unudulmuş əcdadların kölgələri”) mahnısını ifa edəcək.