İranda koronavirusun "Omikron" variantında tutulan bir aylıq körpə ölüb.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, Fars əyalətinin Laristan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi “Omikron” variantının bölgədə sürətlə yayılmasından narahat olduğunu bildirib.
Tibb fakültəsinin dekanı Behzad Rızayi 6-cı epidemiya dalğası səbəbiylə bu həftə xəstəxanaya yerləşdirilən xəstələrin sayında 41% artım olduğunu deyib.
Açıqlamaya görə, İmam Rıza Xəstəxanasında COVID-19-un “Omikron” variantı ilə müalicə olunan bir aylıq körpə dünyasını dəyişib.
Qeyd edək ki, İranın səhiyyə naziri Bəhram Aynullahi yanvarın 27-də ölkənin artan yoluxma ilə pandemiyanın 6-cı dalğasına daxil olduğunu açıqlayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkədə COVID-19-dan 133 min 718 nəfər dünyasını dəyişib, yoluxanların sayı isə 6 milyon 806 min 265 nəfərə çatıb.