ABŞ administrasiyası ABŞ banklarının Rusiyanın iri bankları üçün əməliyyatların aparılmasının qarşısını alması üçün Moskvaya qarşı sanksiyalar layihəsi hazırlayıb.
"Unikal" "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət Vaşinqtonun yalnız Rusiyanın Ukraynaya "işğal etməsi" halında istifadə edəcəyi "ilkin məhdudlaşdırıcı tədbirlər paketi"ndən gedir.
Qərb mətbuatının yazdığına görə, tədbirlər qlobal pul axınının əsasını təşkil edən tərəflərin bankları arasında "müxbir" münasibətlərini pozaraq Rusiya iqtisadiyyatına ziyan vurmaq məqsədi daşıyır.
Birləşmiş Ştatlar həm də bəzi rusiyalı şəxslərə və şirkətlərə qarşı sanksiyaları tətbiq etmək niyyətindədir ki, onları qara siyahıya salmaqla Amerika bank sistemindən çıxaracaq, ABŞ vətəndaşları ilə ticarəti qadağan edəcək və ABŞ-dəkı aktivlərini donduracaqlar.
Ağarza Elçinoğlu