Moskvada bir neçə fəal Rusiyanın hərbi təcavüzünə etiraz olaraq küçələrə çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ukrayna ilə müharibəyə yox”, “Bomba və mərmi əvəzinə məktəb və xəstəxana”, “Rusiya, Ukraynaya toxunma!” şüarları yazılan plakatlar qaldırıb.
Polisin müdaxiləsi ilə aksiya dayandırılıb.
Gülayə Mecid