Böyük Britaniya 7 rusiyalı milyarderə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, sanksiya siyahısına “Rosneft”in baş direktoru İqor Seçin, “Rusal”ın təsisçisi Oleq Deripaska, “Qazprom”un baş direktoru Aleksey Miller, “Transneft”in baş direktoru Nikolay Tokarev, "VTB"nin baş direktoru Andrey Kostin, “Rossiya” Bankının İdarə Heyətinin sədri Dmitri Lebedev və “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin adları daxil edilib.
Bildirilir ki, həmin şəxslərin Böyük Britaniya ərazisinə girişi qadağan olunub və onların ölkədəki aktivləri dondurulacaq.