Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Aleksey Arestoviç Rusiya prezidenti Vladimir Putinə sadiq çeçen qoşunlarının rus casusları tərəfindən xəyanət edildiyini iddia edib.
"Unikal" xəbər verir ki, Arestoviçin sözlərinə görə, Çeçenistan lideri Ramzan Kadırovun qoşunlarının yerləşdiyi yerlər barədə məlumatı rus əsgərləri Ukrayna qüvvələrinə ötürür.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov daha əvvəl Çeçenistan lideri Ramzan Kadırovun qruplaşmasından bir sui-qəsd qrupunun Kiyevə göndərildiyini və Rusiya Federal Təhlükəsizlik Xidmətinin də mövzu ilə bağlı məlumatı olduğunu iddia etmişdi. Danilov Çeçenistan prezidenti Ramazan Kadırovun Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək üçün göndərdiyi V batalyonun məhv edildiyini açıqlayıb.
Ramzan Kadırov özünü tez-tez Putinin “sadiq əsgəri” kimi qələmə versə də, çeçen əsgərlərinin Ukraynada olması həm mühüm güc, həm də Kreml üçün “məsuliyyət” kimi qiymətləndirilir.
Kəşfiyyat agentliyinin hesabatında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəsmilərinin ukraynalılara məlumat ötürməsi ilə bağlı iddialardan sonra Kadırovun ruslarla qarşıdurma ərəfəsində olduğu bildirilib.
Gülayə Mecid