Türkiyənin Bayraktar Akıncı hücum pilotsuz uçuş aparatının B modeli test uçuşları zamanı rekorda imza atıb.

"Unikal" xəbər verir ki, Bayraktar Akıncı B hücum PUA-sı 40 170 fut yüksəkliyə qalxaraq Türkiyə tarixinin yüksəklik rekordunu qırıb.

Xatırladaq ki, sözügedən hücum PUA-sı ilk dəfə ötən həftə səmaya qalxıb. Bayraktar Akıncı B 2x750 at gücünə, yəni toplam 1500 at gücünə malikdir.