Ukraynada müharibə ilə əlaqədar insanların təxliyyəsi və humanitar yardımların çatdırılması üçün 10 humanitar dəhlizin açılması planlaşdırılır.
"Unikal" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
"Yeni humanitar dəhlizlərin açıldığını elan edirik”, o deyib.
Zaporojye - Mariupol (Mariupola humanitar yardım göndəriləcək); Poloqi – Zaporojye; Qostomel, Kozaroviçi, Mikuliçi (Kiyev vilayəti) - Kiyev; Andreyevka, Makarov, Borodyanka (Kiyev vilayəti) - Jitomir;
Тrostyanets - Poltava; Sumı - Poltava; Lebedin - Poltava; Konotop -Poltava; Velikaya Pisarevka - Poltava; Krasnopolye - Poltava.
Ukrayna hökuməti bildirir ki, ən ağır humanitar vəziyyət Mariupoldadır. Belə ki, 400 000 əhalini yaşadığı şəhər Rusiya Ordusunun mühasirəsindədir və ora humanitar yardımın göndərilməsinə imkan verilmir.