BMT Baş katibi Antoniu Quttereş Novruz bayramı münasibətilə paylaşım edib.
"Unikal" xəbər verir ki, BMT Baş katibi "Twiter"dəki paylaşımında bildirib:
"Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq, harmoniyada yaşamaq və planetimizi qorumaq öhdəliyimizi təzələyək.
Hər kəsə xoşbəxt, sağlam və dinc Novruz diləyirəm".