Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Xəzər rayonunda tikinti materialları satışı mağazasında baş vermiş yanğın barədə yeni məlumat yayıb.
"Unikal" xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda, hasara alınmış ərazidə 230 m² sahədə tikinti materialları, yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və həyətyanı sahədə ümumi sahəsi 16 m² olan külafirənginin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 230 m² olan birmərtəbəli mansarda tipli evin yanar konstruksiyaları və ümumi sahəsi 270 m² olan mansarda tipli evin ondulindən ibarət dam örtüyü 200 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.