Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ məlumat yayıb.
"Unikal" xəbər verir ki, məlumatda ölkənin müdafiə qüvvələri şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində əməliyyatlarının davam etdirildiyini bildirilir.
Rəsmi informasiyaya əsasən, son sutkada Rusiya qoşunlarının hər bir istiqamətdə hücumları dəf edilib: “Bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücum əməliyyatları keçirir. Qarşı tərəf məkrli şəkildə raket və bombalardan istifadə edir”.
Məlumata görə, ötən gün ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. “12 tank, 10 piyadaların döyüş maşını, 3 motorlu texnika məhv edilib. Həmçinin 8 təyyarə, 3 helikopter, 4 PUA, 2 qanadlı raket vurulub”.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 34-cü günüdür.