ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Just the News” nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putindən ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin Şərqi Avropa oliqarxları ilə sövdələşmələrinin məxfiliyini ləğv etməyi xahiş edib.
"Unikal" xəbər verir ki, Tramp Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturinanın Hanter Baydenə 3,5 milyon dollar ödədiyini iddia edib.
"Baturina Baydenə 3-5 milyon dollar verib. Düşünürəm ki, Putin bu sualın cavabını bilir. O, bu barədə danışmalıdır", - Tramp deyib.
Tramp uzun müddətdir ki, Baydenin oğlunun Baturinadan pul aldığını söyləyir, lakin heç bir sübut təqdim etmir. Bayden isə Lujkovun həyat yoldaşından pul aldığını inkar edir.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu ildə Trampa qarşı impiçment proseduruna başlamışdı, səbəb isə Ukrayna prezidenti Vladimir Zelenskini ona Hanter Baydenlə bağlı ittiham xarakterli məlumatlar verməyə məcbur etməsi olub.