"Azərbaycanın verdiyi təkliflərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi Ermənistan üçün məqbuldur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
O, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bir daha bəyan edib.
Baş nazir Bakının təklifləri ilə bağlı Ermənistanın mövqeyini bir daha xatırladıb.
Ağarza Elçinoğlu