Rusiya ordusu Dnepropetrovsk vilayətindəki hərbi hissəyə raket zərbələri endirib.
"Unikal" xəbər verir ki, adı çəkilən vilayətin qubernatoru Valentin Rezniçenkonun məlumatına görə, Rusiyanın raketlərdən atəşə tutması nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.
"İnzibati bina və yanacaq anbarı dağıdılıb. İki nəfər həlak olub. 5 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib", - Rezniçenko vurğulayıb.
O əlavə edib ki, xilasetmə və yanğınsöndürmə işləri davam edir.
Ağarza Elçinoğlu