Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanın qadınlardan ibarət voleybol millisini Qızıl Avropa Liqasının iştirakçıları arasından çıxarıb.
"Unikal" xəbər verir ki, buna səbəb yığmamızın yarışda oynamaqdan imtina etməsi olub. Ona görə də CEV Azərbaycanı siyahıdan çıxarmaq məcburiyyətində qalıb.
Komandamızı C qrupunda əvəzləyəcək yığma da müəyyənləşib. Voleybolçularımızın əvəzinə Macarıstan, Rumıniya və Ukraynaya Bolqarıstan rəqib olacaq.