Gürcüstanın İmereti bölgəsinin Çiatura rayonunda torpaq sürüşməsi baş verib.
"Unikal" xəbər verir ki, nəticədə İtxvisi kəndində 11 ev dağılıb. Bildirilir ki, torpaq sürüşməsinə ərazidə aparılan dağ-mədən qazma işləri səbəb olub.
Məlumata görə, ölkənin ən böyük şirkəti olan “Gürcü Manqan” şirkəti kəndin ərazisindən manqan çıxarır. Kimyəvi elementin çıxarıldığı ərazidə çökmələr və torpaq sürüşməsi baş verib. Son günlər bölgədə yağan leysan yağışları sürüşməni daha da sürətləndirib.