Litva hökuməti Rusiyadakı diplomatik nümayəndəliyini azaltmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Litva Moskvadakı səfirini geri çağırmaqdan əlavə Klaypedadakı Rusiya konsulluğunu bağlayır.
Onun sözlərinə görə, Rusiya Federasiyasının səfiri Litvanı tərk etməli olacaq: "Rusiyanın suveren Ukraynaya qarşı davam edən təcavüzü və Rusiya silahlı qüvvələrinin Ukraynanın müxtəlif işğal olunmuş şəhərlərində törətdiyi vəhşiliklərə cavab olaraq, Litva hökuməti diplomatik nümayəndəliyin sayını azaltmaq qərarına gəlib".
Nazir bildirib ki, Litva bu qərarla bağlı Aİ və NATO tərəfdaşlarını məlumatlandırıb və onları da bunu etməyə çağırıb.
Ağarza Elçinoğlu