Şəmkirdə baş verən bıçaqlanmanın bəzi təfərrüatları məlum olub.
"Unikal"ın məlumatına görə, rayonunun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Sarif oğlu münaqişə zəminində Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Cabbar Füzuli oğluna bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırmalara davam etdirilir.
*** 21:50
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumaıtna görə, hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki iki nəfərin arasında baş verən mübahisə zamanı 1995-ci il təvəllüdlü C.Həsənov bıçaqlanıb.
Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.
Tural Əhmədov