Polşanın ABŞ-ın nüvə silahını ölkədə yerləşdirmək niyyəti "qırmızı xətt" kimi görünür.
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Yuri Şvıtkin ölkənin yerli mediasına müsahibəsində deyib.
O, Polşa hökumətini belə riskli addıma qarşı xəbərdar edib. Şvıtkin bildirib ki, bu vəziyyətdə Polşa xalqı böyük itkilərə məruz qalacaq, çünki Varşava öz xalqını siyasi oyunların girovuna çevirir.
Şvıtkin vurğulayıb ki, Rusiya ona qarşı yönəlmiş istənilən təcavüzü dəf etməyə hazır olacaq: "Rusiya nüvə dövlətidir və heç kimin bizimlə zarafatlaşmasına icazə verilmir və biz də heç kimə icazə verməyəcəyik. Ona görə də burada, bir daha deyirəm, ölkəmizin potensialı istənilən düşmənin təcavüzünü dəf etməyə kifayət edir".
Qeyd edək ki, aprelin 4-də Polşa baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski ölkəsinin ABŞ-ın nüvə silahını öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib.
Ağarza Elçinoğlu