ABŞ Rusiyanın BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın təşkilatdakı səfiri Linda Tomas-Grinfild deyib.
O, Rusiyanın şuradakı iştirakının "komediya" olduğunu bildirib: "Rusiyanın İnsan Haqları Şurasında iştirakı komediyadır. Bu, şuranın və BMT-nin etibarına böyük zərbə vurur. Bu yanlışdır və ona görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Ukrayna, Avropa ölkələri və BMT-dəki digər tərəfdaşlarımızla birlikdə biz Rusiyanın BMT İnsan Haqları Şurasından kənarlaşdırılmasına çalışacağıq".