Aprelin 5-də BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın təşkilatdakı daimi nümayəndəsi Barbara Vudvord bildirib.
O, Buçada baş verənləri nəzərə almağın vacibliyini vurğulayıb. İclasda Buçada mülki insanların qətlə yetirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.