Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodmir Zelenski ilə görüşü Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra mümkündür.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının Ukrayna üzrə təmas qrupu ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, bu, nəticə olduqdan sonra mümkündür - bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər” – deyə Lavrov vurğulayıb.