Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 40 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 236 min 343 nəfərin test edildiyi, 12 min 647 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 13 min 958 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.