Ukrayna prezidenti Volodimir Zelenski bu gün (5 aprel - red.) BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyi "Twitter"də məlumat yayıb.
"Prezident Zelenski çərşənbə axşamı Təhlükəsizlik Şurasında çıxış edəcək. Şuranın iclası onun Buçaya səfərindən sonra baş tutacaq", - mesajda deyilir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında Buçada mülki insanların qətlə yetirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.
Həmçinin, Təhlükəsizlik Şurasına sədrlik edən Britaniya, Rusiyanın hərbi cinayətləri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında vasitəçi olacaq: "Biz Putinin müharibəsini əslində nə olduğu üçün ifşa edəcəyik".
Ağarza Elçinoğlu