Avstraliyanın Snovy Mountains bölgəsində helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir  ki, hadisə nəticəsində helikopterdə olan iki nəfər həlak olub.

Bölgəyə göndərilən xilasetmə qrupları adları açıqlanmayan 64 yaşlı qadın və 75 yaşlı kişinin cəsədlərini  helikopterdən çıxarıblar. 

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosundan nəzarətçi Angus Mitchell, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlatdıqları helikopterin özəl olduğunu söyləyib.