Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiyanın 18 500-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 676 ədəd tankı, 1 858 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 322 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 94 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.