Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, aprelin 4-də Fransa XİN Rusiyanın Parisdəki səfirliyinin 30-a yaxın əməkdaşının ölkədən çıxarılması barədə qərar qəbul edib. 

Qeyd olunub ki, "qovulan əməkdaşlar Fransanın təhlükəsizlik maraqlarına zidd fəaliyyətlərlə məşğul olublar".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz növbəsində Moskvanın Parisin qərarına cavab verəcəyini vəd edib.

Ağarza Elçinoğlu