Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Birliyi Şurasının baş diplomatı Jozep Borrell Ukraynaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bunu Sloveniya Baş naziri Yanez Yanşey deyib.

Onun sözlərinə görə, bir neçə diplomatik missiya Kiyevdə fəaliyyətini bərpa edəcək:

“Sloveniyalı diplomatlara Kiyevdə litvalılar da qoşulacaq. Avropa Birliyi missiyası da Kiyevə qayıdır. Bu həftə Kiyevə Avropa Komissiyasının rəhbəri və Avropa Birliyi Şurasının baş diplomatı gedəcək”, - baş nazir bildirib.