ABŞ prezidenti Co Bayden Rusiya qüvvələrinin Ukraynada törətdiyi iddia edilən vəhşiliklərə dair sübutların ortaya çıxması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putini müharibə cinayətlərində mühakimə etməyə çağırıb.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, paytaxt Kiyev yaxınlığındakı Buça şəhərində dinc əhalinin öldürülməsi iddiası ilə bağlı beynəlxalq qəzəb getdikcə artır.

"Bu adam qəddardır" deyən Bayden Rusiya liderinin "müharibə cinayətkarı" olduğuna inanır.

"New York Times" qəzetində Rusiya hərbçilərinin şəhərə nəzarət etdiyi 11 martdan bəri küçələrdə ən azı 11 cəsədin olduğu təhlil edilmiş fotoşəkillərlə göstərilib.

Rusiya tərəfi isə heç bir sübut olmadan görüntülərin Ukrayna tərəfindən səhnələşdirildiyini bildirib.

Lakin peyk görüntüləri cəsədlərin rus əsgərlərinin əraziyə getdiyi müddətdə baş verdiyi fikrini təsdiqləyib. 

Aynurə Xudaverdiyeva