Rusiya Silahlı Qüvvələri Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 125 təyyarə, 93 helikopter və 400-dən çox pilotsuz uçuş aparatı məhv edib.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 93 helikopter, 407 pilotsuz uçuş aparatı məhv edilib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 854 səhra artilleriya və minaatan, o cümlədən 1882 ədəd xüsusi təyinatlı hərbi texnikası da məhv edilib"-, deyə Rusiya MN sözçüsü vurğulayıb.