Rusiya diktatoru Vladimir Putin heç bir strateji məqsədə nail ola bilməyib. Eyni zamanda, Ukrayna yaxşı nəticələr göstərir və müharibədə qalib gələ bilər.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Putin Ukraynada strateji məqsədlərinin heç birinə tam şəkildə nail ola bilməyib. Pentaqonun sözçüsü vurğulayıb ki, Putin hələ Kiyevi almayıb və hökuməti devirməyib. Bir aydan artıq davam edən hərbi əməliyyatlar ərzində Rusiya Ukrayna ərazisinin yalnız kiçik bir hissəsinə nəzarət edir.
"Mariupol hələ alınmayıb. O, qoşunlarını Kiyevdən çıxarıb. O, qoşunlarını Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Onlar cənubda Nikolayevi almayıblar. Ona görə də məncə, sübut sözün əsl mənasında hər dəfə gördüyünüz nəticələrdir",
Eyni zamanda Kirbi qeyd edib ki, bu müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.
"Putin düzgün hərəkət etsə, bu gün sona çata bilər: qoşunları çıxarar, onları vətənə göndərir və Ukraynanın suverenliyinə hörmət edir. Lakin o, başqa yol seçib", - Kirbi əlavə edib.
Gülayə Mecid