Bu gün BMT Baş Assambleyası Rusiyanın İnsan Haqları Şurasından çıxarılması üçün səs verəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada hərbi cinayətlər törətməsi ilə əlaqələndirilir.
Rusiya artıq ikinci ildir ki, BMT-nin İnsan Hüquqları Şurasının üzvüdür. Hazırkı şuranın ümumi üzvlük müddəti üç ildir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Ukraynanın Rusiya əsgərlərini Buça şəhərində onlarla mülki vətəndaşı öldürməkdə ittiham etməsindən sonra Rusiyanın şuradan çıxarılmasını tələb edib.
Qeyd edək ki, 193 üzv dövlətin daxil olduğu BMT-nin Baş Assambleyasında səslərin üçdə ikisi yığılarsa, insan hüquqlarını sistemli və kobud şəkildə pozan istənilən ölkənin üzvlüyü dayandırıla bilər.
Ağarza Elçinoğlu