NATO xarici işlər nazirləri cümə axşamı keçiriləcək iclasda ağır silahlar da daxil olmaqla, Ukraynaya əlavə silah tədarükünü müzakirə edəcəklər.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu görüşdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Ukraynaya dəstəyi davam etdirməyə təcili ehtiyac var. Daha sonra NATO xarici işlər nazirləri ilə görüşümüzdə əminəm ki, biz daha çox hava hücumundan müdafiə sistemlərinə, tank əleyhinə silahlara, yüngül, həm də ağır və bir çox silahlara ehtiyacı müzakirə edəcəyik", - Stoltenberq əlavə edib.
O vurğulayıb ki, müttəfiqlər onun özünümüdafiə hüququnu təmin etmək üçün silah verirlər.
Stoltenberq bir gün əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsinin aylar və hətta illərlə davam edə biləcəyini, ona görə də NATO ölkələri Ukraynaya yardımın davam etdirilməsi üçün uzunmüddətli planları nəzərdən keçirməli olduğunu bildirib.
Ağarza Elçinoğlu