İsveçrə sanksiyalara görə Rusiyanın təxminən 7,5 milyard İsveçrə frankı (8 milyard dollardan bir qədər çox) aktivini bloklayıb.
"Unikal" xəbər verir ki, bu barədə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Ervin Bollinqer bildirib.
"Rusiyaya qarşı sanksiyalara görə təxminən 7,5 milyard frank bloklanıb ... Dünyanın demək olar ki, heç bir ölkəsinin blok etmədiyi qədər", - Bollinqer mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət bank hesablarında bloklanmış vəsaitlərdən, həmçinin Konfederasiyanın dörd kantonunda daşınmaz əmlakdan gedir. Bundan əvvəl İsveçrə Aİ-nin Rusiyaya qarşı Ukraynadakı xüsusi əməliyyata görə tətbiq etdiyi sanksiyaları dəstəkləyib.
Ağarza Elçinoğlu