Şoumen İvan Urqant ötən həftə İsraildən Rusiyaya qayıdıb.
"Unikal" xəbər verir ki, Urqant Moskvadakı evlərini satışa çıxarıb. Bu haqda teleqram kanallarından biri məlumat yayıb.
İvan iki fərqli elit yaşayış kompleksində olan mənzilini satmaq üçün artıq əmlak şirkətləri danışıq aparıb. O, İsrail və Gürcüstanda ev almaq qərarına gəlib.
Bundan sonra şoumenin İsrail səfərinin məqsədinin istirahət yox, biznes qurmaq və orada məskunlaşmaq üçün yollar axtarmaq olduğu ortaya çıxıb. Onun ailəsi də İsrail vətəndaşı olmaq üçün sənədlərini verib. Aparıcı özü isə 2018-ci ildən İsrail vətəndaşıdır.
Aparıcının atası Andrey Urqant məsələ ilə bağlı jurnalistlərin sualına "Heç bir məlumatım yoxdur. İsrail vətəndaşı olmaq qadağandır? İndi hər bir insan istədiyi ölkənin pasportunu ala bilər" cavabını verib.