Kanada Ukraynaya iri çaplı artilleriya göndərəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib.

"Kanada Ukraynaya ağır artilleriya göndərəcək. Təfərrüatları yaxın günlərdə açıqlayacağıq", - Trüdo qeyd edib. 

Bundan əvvəl ABŞ Ukraynaya ağır artilleriya tədarük etdiyi barədə məlumat vermişdi. Ən son ABŞ hərbi yardım paketinə 11 Mi-17 helikopter, 18 155 mm-lik haubitsa və 300 Dron daxildir.