Norveç Ukraynaya 100 ədəd "Mistral" zenit-raket kompleksi verib.
"Unikal" yerli Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, onlar aşağı hündürlükdə uçan təyyarə və helikopterləri vurmağa qadirdirlər.
Norveç Müdafiə Naziri Byorn Arild Qram bildirib ki, Ukraynada müharibə uzana bilər və onun beynəlxalq dəstəyə ehtiyacı var: ""Mistral" hava hücumundan müdafiə raket sistemi artıq donanmada istifadə olunan və Ukraynaya böyük fayda verəcək effektiv silahdır", - deyə o bildirib.
Hazırda Norveç ordusu tərəfindən 100-ə yaxın "Mistral" zenit-raket kompleksi Ukraynaya təhvil verilib. Bundan əlavə, 4000 tank əleyhinə raket və bir neçə növ qoruyucu vasitələrin və digər hərbi texnikanın təhvil verilməsi barədə qərar qəbul edilib.
Ağarza Elçinoğlu