"Axmat" xüsusi təyinatlı dəstəsinin əsgərləri (özünü elan etmiş) Luqansk Xalq Respublikasının (LXR) hərbçiləri ilə birlikdə Kremennaya və Staraya Krasnyanka yaşayış məntəqələrini işğal ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.

"Döyüşçülərimizin koordinasiyalı və ildırım sürəti ilə hücumu sayəsində ukraynalı millətçilər və Bandera bu yaşayış məntəqələrini tələsik tərk etməyə məcbur oldular. Bacarıqlı rəhbərlik və səmərəli koordinasiya hərbçilərimizə şəxsi heyət arasında itkisiz bu əməliyyatı həyata keçirməyə imkan verib", - deyə Kadırov bildirib.

Ağarza Elçinoğlu