Pakistanın Karaçi Universitetində güclü partlayış baş verib. 

"Unikal" xəbər verir  ki, Pakistanın "Geo News" televiziyasında yer alan xəbərə görə, Karaçi Universitetinin şəhərciyi daxilində avtomobildə naməlum səbəbdən partlayış baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 2-si xarici vətəndaş olmaqla 4 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Bölgəyə çoxlu sayda yanğınsöndürən və ilk yardım qrupları göndərilib.

Təhlükəsizlik qüvvələri partlayışın səbəblərini araşdırır.