Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.
"Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü il milli döyüş təyyarələrimizi anqardan çıxararaq ilk uçuşu həyata keçirəcəyik", - deyə Dəmir bildirib.
Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, "Hurjet" performans baxımından Amerikanın "F-35" qırıcı təyyarələrindən üstün olacaq.
Türk qırıcısı 2017-ci ildə hazırlanıb.